...

Yaponiyada “Sakuradzima” vulkanı: 3,5 min metr hündürlüyə kül püskürüb

Dünya xəbərləri Materials 24 Dekabr 2024 17:07 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Kaqosima şəhərində yerləşən “Sakuradzima” vulkanı aktivləşib.

Trend xarici KİV-ə istinadən xəbər veir ki, vulkan təxminən 3,5 min metr hündürlüyə kül püskürüb.

Məlumata görə, qısa fasilə ilə iki püskürmə baş verib.

Qeyd edilib ki, vulkanik kül cənub-şərq istiqamətində hərəkət edir. Proqnozlara əsasən, kül təxminən 100 kilometr məsafədə yerə düşəcək.

Mütəxəssislər qeyd edir ki, təxminən iki aydan sonra ilk dəfə vulkanik şleyfin hündürlüyü üç min metrdən çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti