Bakı. Trend:
Azərbaycanda minimum əməkhaqqının artırılması insanlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində atılan növbəti mühüm addımdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyb.
O bildirib ki, Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır və dövlət siyasətinin prositet istiqamətlərindən biridir.
“Vətəndaşların sosial rifahının təmin edilməsi hər zaman Prezident İlham Əliyevin siyastətinin mərkəzinə dayanır. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam ilə yeni sosial paketə start verdi.
Sərəncama əsasən, 2025-ci ildən minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 400 manata, əmək pensiyasının minimum məbləği isə 280 manatdan 320 manata çatdırılacaq.
Bu, bir daha göstərir ki, insanlarımızın sosial rifahı daim diqqət mərkəzində olub, hər il sosial sahəyə ayrılan vəsaitlər artırılıb. Belə ki, son 21 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb”, - deyə deputat bildirib.
O qeyd edib ki, 2025-ci ildə də sosial istiqamətdə yönəldilən xərclər artırılıb:
“Belə ki, büdcənin 40 faizdən artıq hissəsi sosialyönlü xərclərə yönəldiləcək və 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edəcək. Bütün bu tədbirlər vətəndaşlarımızın rifah halının yüksəldilməsinə imkan verəcək.
Bundan sonrakı dövrdə də ölkəmizin sosial-iqtisadi inkişafı üçün möhkəm təməllər yaradılıb, bu istiqamətdə geniş və çoxşaxəli tədbirlər həyata keçirilib. Əminliklə deyə bilərik ki, növbəti illərdə də Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişafını davam etdirəcək və ölkəmiz yeni zirvələr fəth edəcək”, - deyə deputat əlavə edib.