Bakı. Trend:
Xristian Demokrat İttifaqının lideri Fridrix Merts Almaniya kansleri postuna uyğun namizəddir.
Trend-in məlumatına görə, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
"Fridrix Mertsə uğurlar arzulayıram. O, bu məqsədinə çatmaq - kansler postuna namizəd olmaq üçün uzun müddət çalışdı. Və ona arzu edirəm ki, onun da yaxşı seçki kampaniyası aparmaq gücü olsun", - deyə A.Merkel bildirib.
O əlavə edib ki, siyasi əqidəyə malik olmaq lazımdır.