Bakı. Trend:
“Şamaxı” futbolçusu Qurban Səfərovla yollarını ayırıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 20 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Şamaxı" bir müddət əvvəl İlkin Muradov, Giorgi Kantariya, Adil Nağıyev və Ramin Əhmədovla da yollarını ayırmışdı.