Bakı. Trend:
“Instagram” istifadəçilərinə mesajlarını əvvəlcədən planlaşdırmağa imkan verən yeni funksiya təqdim edib.
Trend-in məlumatına görə, artıq istifadəçilər göndərmək istədikləri mesajları müəyyən tarix və vaxta təyin edə biləcəklər.
Hazırda yalnız mətn və emoji mesajlarını planlaşdırmaq mümkündür, məsələn, fotoşəkillər, videolar və GIF-lər dəstəklənmir.
Mesajı planlaşdırmaq üçün “Instagram” tətbiqində yuxarı sağ küncdəki söhbət işarəsinə toxunmaq və mesaj göndərmək və ya yeni söhbətə başlamaq üçün şəxsi seçmək lazımdır. Daha sonra yazılan mesajı göndərmək üçün "göndər" düyməsini sıxaraq planlaşdırma ekranına gəlmək mümkündür.
Burada tarix və saatı seçərək, mesajı 29 gün öncədən planlaşdırmaq imkanı təklif edilir. Bu funksiya həm “Android”, həm də “iOS” cihazlarında istifadə edilə bilər.