Bakı. Trend:
“PwC Azərbaycan” şirkəti "Four Seasons" hotelində keçirilən “2024-cü il üzrə TLP barədə məlumatlılığın artırılması sessiyası”nın uğurla başa çatdığını elan edir. Bu əlamətdar tədbir vergi və hüquq sahəsindəki son tendensiyalar, yeniliklər və strategiyalar haqqında peşəkarların məlumatlandırılması məqsədilə təşkil olunmuş dörd interaktiv sessiyadan ibarət olan “TLP Həftəsi 2024” əsas hadisəsinə çevrildi.
Tədbir biznes və fərdi şəxslər üçün aktual mövzuların nəzərdən keçirilməsinə həsr olunmuş iki hədəf sessiyadan ibarət olmuşdur:
2024-cü il üzrə Vergi Yenilikləri və 2025-ci ildə Gözlənilən Dəyişikliklər: “PwC Azərbaycan” şirkətinin TLP üzrə Rəhbəri və Vergilər üzrə Direktoru Günel Sədiyeva, Vergilər üzrə Meneceri Ləman Əliyeva və Baş Vergi Mütəxəssisi İsmayıl Süleymanovun rəhbərliyi ilə keçirilən sessiya zamanı ən yeni və gələcəkdə ehtimal edilən vergi dəyişikliklərinin ətraflı icmalı təqdim edildi. İştirakçılar dəyişən vergi mühitinin praktiki baxımdan anlaşılmasını və müzakirəsini təşviq edən sual-cavab sessiyasında fəal iştirak etdilər.
Vergi Mübahisələrinin Həlli: Vergilər üzrə Baş Menecer Rüfət Şahbazov və Hüquq Məsələləri üzrə Menecer Gülnar Zülfüqarovanın rəhbərliyi ilə keçirilən sessiya zamanı “PwC Azərbaycan” şirkətinin Vergi Mübahisələri və Münaqişələrinin Həlli (TCDR) sahəsində çalışan komandası təqdim edildi. İştirakçılar vergi mübahisələrinin effektiv idarə edilməsi üçün praktiki tövsiyələr və PwC mütəxəssisləri tərəfindən təklif olunan strategiyalar haqqında faydalı məlumatlar əldə etdilər.
Tədbirdə iştirak edən vergi və hüquq mütəxəssisləri PwC-nin qabaqcıl təcrübələri haqqında dəyərli ekspert bilikləri və məlumatlar əldə etdilər.
PwC Azərbaycan innovativ həllər və ekspert tövsiyələri təklif edərək müştərilərini və biznesləri dəstəkləməkdə davam edir. Gələcək haqqında düşünərək, PwC Azərbaycan dəyərin yaradılması və etibarın möhkəmləndirilməsinə xüsusi diqqət yetirməsini bir daha nümayiş etdirib.