...

Prezident İlham Əliyev uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzalayıb

Siyasət Materials 24 Dekabr 2024 17:10 (UTC +04:00)
Prezident İlham Əliyev uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzalayıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun tətbiqi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmana əsasən, müəyyən edilir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsində və 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Nazirlər Kabineti iki ay müddətində “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsinə uyğun olaraq, dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

Həmin Qanunun 43-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 511 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

İkinci–beşinci abzaslar müvafiq olaraq üçüncü–altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilir:

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsində və 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

Üçüncü abzasda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilir;

Altıncı abzasda “maddəsində” sözü “maddəsinin birinci hissəsində” sözləri ilə əvəz edilir.

Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti