Bakı. Trend:
“Şamaxı” futbol klubu Ramin Əhmədovla yollarını ayırıb.
Trend-in məlumatına görə, futbolçunun müqavilə müddəti başa çatıb.
Klubdan verilən açıqlamada 23 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. Bundan əvvəl "Şamaxı" 3 futbolçusu ilə yollarını ayırıb.