Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Bolqarıstan arasında ticarət əməliyyatlarının həcmi 650,05 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 194,4 milyon ABŞ dolları və ya 42,7% çoxdur.
Hesabat dövründə Bolqarıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,51%-i həcmində olub.
11 ayda Azərbaycan Bolqarıstana 620,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 191,4 milyon ABŞ dolları və ya 44,8% çoxdur. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 2,55%-i Bolqarıstanın payına düşüb.
Yanvar-noyabr aylarında Azərbaycan Bolqarıstandan məhsul idxalını illik müqayisədə 2,9 milyon ABŞ dollar və ya 11,2% artıraraq, 29,7 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Bolqarıstan ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 0,16%-ni təşkil edib.