...

“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

Hadisə Materials 24 Dekabr 2024 09:51 (UTC +04:00)
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür.

Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini "TikTok” sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir.

"Diqqətə çatdırırıq ki, izləyici toplamaq üçün istifadə olunan hərəkətlər insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir, vətəndaşları belə əməllərdən çəkinməyə çağırırıq", - deyə DİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti