...

FHN 63,9 milyonluq gəmi alır

Tender müsabiqələri Materials 24 Dekabr 2024 13:21 (UTC +04:00)
FHN 63,9 milyonluq gəmi alır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) xüsusi təyinatlı gəmi alır.

Bu barədə Trend dövlət satınalamalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, qurum daşınan SONAR sistemi ilə təchiz edilmiş bir ədəd xüsusi təyinatlı SPA 5009 gəmi platformasında (gövdə) gəmini satın alır.

Məlumata görə, artıq bununla bağlı FHN-nin Maddi Texniki Təchizat İdarəsi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında müqavilə bağlanıb.

Müqaviləyə əsasən, Bakı Gəmiqayırma Zavoduna 63,9 milyon manat ödəniş edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti