Bakı. Trend:
Türkiyənin İzmir və daha dörd vilayətində FETÖ-yə qarşı keçirilən əməliyyatlar keçirilib.
Trend Türkiyə KİV-ə istinadən xəbər veir ki, əməliyyatlar nəticəsində 32 şübhəli şəxs saxlanılıb.
Məlumata görə, FETÖ-nün fəaliyyətdə olan üzvlərinin aşkarlanması və saxlanılması üzrə əməliyyat aparılıb.
Məlum olub ki, adıçəkilən terror təşkilatının mövcud strukturlarında fəaliyyət göstərən, yenidən təşkilatlanmaq və təşkilata maliyyə mənbələri təmin etmək məqsədilə yeni üsullar axtarışında olan 35 nəfər barəsində həbs qərarı verilib.
Qeyd edilib ki, digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.