Ağdam. Trend:
Ötən gün Ağdamda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
Trend-in xəbərinə görə, hadisə Ağdam rayonun İmamqlubəyli qəsəbəsində baş verib.
Ağdam rayon Papravənd kənd sakini Abdullayev Gündüz Şahin oğlu idarə etdiyi "Opel" markalı maşınla hərəkətdə olarkən sərxoş halda yola uzanan 1997-ci il təcəllüdlü Qiyaslı kənd sakini Zeynalov Hüseyin Mübariz oğlunu vurub.
Hadisə nəticəsində sözügedən şəxs həyatını itirib.