Bakı. Trend:
Qəmər Adaları İttifaqının Prezidenti Assoumani Azzali sentyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda Fransanın işğalı altındakı Qəmər Adaları İttifaqının Mayot adasına həsr olunmuş beynəlxalq konfransla bağlı bu dövlətin BMT-dəki keçmiş daimi nümayəndəsi Ahmet Thabitə məktub göndərib.
Trend xəbər verir ki, məktubda A.Azzali Bakıda təşkil olunmuş beynəlxalq konfransda iştirak etmiş vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri adından ona ünvanlanmış müraciəti məmnunluqla qeyd edib.
Xatırladaq ki, uzun illərdən sonra Mayot məsələnin Bakı Təşəbbüs Qrupu tərəfindən gündəliyə gətirilməsi Fransa hökumətində ciddi narahatçılıq yaradıb, Mayotda yayımlanan yerli media və Qəmərin Parisdəki səfiri vasitəsilə BTQ və Azərbaycana qarşı ittihamlar səsləndirilib.
Prezident öz məktubunda qeyd edib ki, bütün qəmərlilərin ölkənin ərazi bütövlüyünün milli davasını ən yaxşı şəkildə müdafiə etmək əzmini alqışlayır: “Ərazi bütövlüyümüzü bərpa etmək və ölkəmizin dekolonizasiyasını başa çatdırmaq üçün Qəmərin Mayot adası ilə bağlı münaqişənin həllini tapmağa borcluyuq”