...

Rusiya gəmisi İspaniya sahillərində qəzaya uğrayıb

Dünya xəbərləri Materials 24 Dekabr 2024 10:54 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın “Ursa Major” yük gəmisi Sankt-Peterburqdan Vladivostoka gedərkən, İspaniya və Əlcəzair sahillərində texniki problemlər səbəbindən qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə İspaniyanın “El Diario Vasco” qəzeti məlumat yayıb.

"Mənbələrin məlumatına görə, ticarət gəmisində avadanlıq partlayıb. Bu hadisə təhlükə yaratdığı üçün Rusiya xilasetmə gəmisinin hadisə yerinə çatmasına qədər ərazi xüsusi nəzarət altına alınıb", - deyə nəşr bildirib.

Qeyd edilir ki, gəminin 14 ekipaj üzvü xilas edilib, lakin iki nəfər itkin düşüb. Hazırda xilas edilmiş komanda müvəqqəti olaraq İspaniyada yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti