Bakı. Trend:
Rumıniyanın hazırkı Baş naziri Marçel Çolakunun rəhbərlik etdiyi yeni hökumət parlamentdə and içib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Rumıniya parlamenti sosial-demokrat Marçel Çolakunun rəhbərlik etdiyi yeni hökumətin tərkibini və proqramını təsdiqləyib.
Kabinetin təsdiqlənməsi üçün 240 parlament üzvü lehinə, 143 nəfər əleyhinə səs verib.
Məlumatda qeyd edilib ki, yeni kabinet Sosial Demokrat Partiyası (SDP), Milli Liberal Partiyası (MLP), Rumıniya Macarlarının Demokratik İttifaqı (RMDİ) və milli azlıqların parlament fraksiyasından ibarət olan parlament çoxluğunun avropayönümlü koalisiyası tərəfindən formalaşdırılıb.