Bakı. Trend:
Britaniyada hökumət statistikasının təhlilinə əsasən, 16 yaşından kiçik uşaqları olan ailələrin 17.6 faizi evlərini qızdırmaqda çətinlik çəkir.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü ildə bütün ev təsərrüfatları arasında 13 faiz idi.
Qeyd olunub ki, 2023-cü ildə ev təsərrüfatlarının 36.4 faizi, yəni 8.91 milyon insan - mənzil xərcləri çıxıldıqdan sonra gəlirlərinin 10 faizindən çoxunu enerjiyə sərf edib. Bu rəqəm əvvəlki illə müqayisədə 9 faiz artıb.
Britaniyada ev təsərrüfatı ilə bağlı qiymətlərin gələn ilin yanvar ayında daha da artacağı gözlənilir.