Bakı. Trend:
Ağdam rayonunda yeni yaşayış binaları inşa olunacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binaları tikiləcək.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 23,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.