Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 800kv.m. olan otelin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12kv.m. sahədə yanıb.
Hotel binası yanğından mühafizə olunub.