Bakı. Trend:
Doğma yurduma qayıdışıma görə kövrəlməmək mümkün deyil.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Əliyev Amil deyib.
Onun sözlərinə görə, 3 yaşında tərk etdiyi Cəbrayıla qayıdışın sevincini yaşayır.
"İlk növbədə Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bizim onlara bir ömürboyu can borcumuz var. Şəhid analarının, qazi analarının əllərindən öpürük, onların qarşısında baş əyirik", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.