Bakı. Trend:
Günəşdə M sinfinə aid beş partlayış qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (IPG) məlumat verilib.
Bildirilib ki, ilk və ən güclü partlayış çərşənbə axşamına keçən gecə baş verib.
Bundan əlavə, M1.0, M4.2 və iki M1.1 partlayışı da baş verib.
Qeyd edək ki, Günəş partlayışlarının gücü A, B, C, M və X siniflərinə bölünür. Hazırda onların tezliyi və intensivliyi artır, çünki Günəş öz aktivliyinin zirvəsinə yaxınlaşır. Proqnozlara əsasən, aktivliyin maksimum həddi gələn ilin yaz-yay mövsümündə baş verəcək.