...

Uşaqlıq xatirələrimi canlandırmaq üçün doğma kəndimiz üçün çox darıxmışam - Mamudov İsmayıl

Cəmiyyət Materials 25 Dekabr 2024 07:48 (UTC +04:00)
Uşaqlıq xatirələrimi canlandırmaq üçün doğma kəndimiz üçün çox darıxmışam - Mamudov İsmayıl
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqlıq xatirələrimi canlandırmaq üçün Cəbrayıl üçün, doğma kəndimiz üçün çox darıxmışam.

Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Mahmudiv İsmayıl deyib.

Onun sözlərinə gorə, ömrünün 30 ilini kənddə yaşayıb. Cəbrayılın hər bir daşı, torpağı, cığırı üçün darıxır. Doğma yurda qayıdışı sözlə ifadə etmək olmaz.

"Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik, Allah qazilərimizə cansağlığı versin.
Bütün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarını arzulayıram", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Xəbər lenti

Xəbər lenti