Bakı. Trend:
Arzum doğma yurdumun hər bir yerini, hər bir guşəsini ən azı bir dəfə gözümlə görməkdir.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Əliyev Vaqif deyib.
Onun sözlərinə görə, yurda qayıdışı sözlə ifadə etmək çox çətindir. Uşaqlıqda gəzdiyi yenidən gəzmək, xatirələri canlandırmaq qürurvericidir.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah ordumuzu, xalqımızı qorusun. Bu günlərə şükürlər olsun", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.