Bakı. Trend:
"Turan Tovuz" mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 4-də Antalyaya yollanacaq.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kemer bölgəsindəki "Sherwood Exclusive" otelində məskunlaşacaq heyət ayın 13-dək burada hazırlığını davam etdirəcək. Baş məşqçi Kurban Berdıyev hazırlıq çərçivəsində 2 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarında rəqiblərin adı hələlik məlum deyil.