...

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 24 Dekabr 2024 18:31 (UTC +04:00)
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevi təbrik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Trend xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, hörmətli Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Müdrik rəhbər kimi Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə sadiqliyiniz həm ölkə daxilində, həm də xaricdə Sizə hörmət qazandırmışdır. Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişafın təşviqində, beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində və xalqınızın zəngin mədəni irsinin qorunub saxlanılmasında mühüm nailiyyətlər əldə etmişdir.

Xalqınızın rifahı naminə nümayiş etdirdiyiniz fədakarlıq və Azərbaycanın davamlı inkişafı yolunda göstərdiyiniz səylər çoxları üçün ilham mənbəyidir. Bu əlamətdar gündə Sizin nailiyyətlərinizlə yanaşı, sülh, həmrəylik və tərəqqi dəyərlərinə böyük önəm verməyinizi də xüsusi qeyd etmək istəyirəm.

Yeni ildə Sizə davamlı uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram. Azərbaycanı daha parlaq gələcəyə aparmaq istiqamətində fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti