Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əhalinin həssas qruplarının, o cümlədən, məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır.
Trend xəbər verir ki, Ombudsmanın tapşırığı ilə Aparatın əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsinə (Kompleksinə) baş çəkiblər.
Müəssisədə yetkinlik yaşına çatmayan şəxslər qəbul olunub, Ombudsman Səbinə Əliyevanın qarşıdan gələn bayram və yeni il münasibətilə təbrikləri çatdırılıb, onlar üçün bayram ilə əlaqədar nahar süfrəsi təşkil edilib.
Başçəkmə çərçivəsində, həmçinin, Aparatın əməkdaşları tərəfindən müəssisədə uşaqlarla maarifləndirici söhbətlər aparılıb.