...

Bu il ölkədə neçə kilometr avtomobil yolu qurulub və təmir olunub?

İqtisadiyyat Materials 24 Dekabr 2024 12:39 (UTC +04:00)
Bu il ölkədə neçə kilometr avtomobil yolu qurulub və təmir olunub?
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2024-cü ildə 107.3 min nəfər əhalinin yaşadığı 71 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 252 km olan,12 kəndlərarası avtomobil yollarının yenidən qurulması başa çatdırılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan növbəti hesabat iclasında deyilib.

Bildirilib ki, Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) keçirilməsi ilə əlaqədar olaraq paytaxtımızın ilk növbədə təmiri tələb olunan 10 km uzunluğa malik 8 Noyabr prospekti də daxil olmaqla 31 ünvanda əsaslı təmiri işləri aparılıb.

Ümumilikdə cari ildə ölkə ərazisində 382.7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti