Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün əməkdaşlara əməkhaqlarının 50 faizi həcmində pul mükafatı yazılıb.
Trend xəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.
Bildirilib ki, bu təşəbbüs professor-müəllim, inzibati idarəetmə heyətindən tədris-köməkçi və xidmətedici heyətədək bütün əməkdaşları əhatə edib.
Qeyd edilib ki, AzMİU-da əməkdaşların sosial rifah halının yaxşılaşdırılması məqsədilə bu cür təşəbbüslər mütəmadi olaraq həyata keçirilir.
Bundan əlavə 2025-ci ildən etibarən universitet əməkdaşlarının sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması çərçivəsində əməkhaqlarının artırılması planlaşdırılır.