Bakı. Trend:
Yaponiya hökuməti ümumilikdə 2013-cü il səviyyələri ilə müqayisədə 2035-ci ilə qədər ölkənin istixana qazlarının tullantılarını 60 faiz azaltmaq proqramını təsdiqləyib.
Trend-in məlumatına görə, Yaponiya Ətraf Mühitin Mühafizəsi, İqtisadiyyat, Ticarət və Sənaye nazirliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirənin qərarlarında bildirilib.
Məlumata əsasən, 2040-cı ilə qədər onların 73 faiz azalacağı gözlənilir.
"Kyodo" agentliyi bildirib ki, Yaponiyada bəzi hökumət ekspertləri qlobal istiləşmə emissiyalarını azaltmaq üçün daha cəsarətli hədəflər qoymağının tərəfdarı olublar. Lakin bu cür fikirlər kabinet tərəfindən rədd edilib.