Bakı. Trend:
İsrailin müdafiə naziri İsrael Katz etiraf edib ki, Fələstinin "HƏMAS" qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsinin arxasında İsrail ordusu dayanıb.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri xəbər verib.
"Husilərin strateji hədəflərini vuracağıq və onların liderlərini öldürəcəyik. Tehran, Qəzza və Livanda Haniyə, Sinvar və Nəsrullahla etdiyimiz kimi, Hudeydə və Sənada da Husi liderləri ilə edəcəyik", - deyə nazir bildirib.
"İndi husilərin terror təşkilatı İsrailə raket zərbələri endirdiyi üçün mən onlara açıq mesaj vermək istəyirəm: biz "HƏMAS" və "Hizbullah"ı məğlub etdik, İranın müdafiə sistemlərini iflic etdik və raket istehsal sistemlərini zədələdik", - deyə İ.Katz əlavə edib. Nazir bildirib ki, İsrail Yəməndəki husilərin terror təşkilatına da ciddi zərbə vuracaq.