Bakı. Trend:
Koreya Respublikası və ABŞ hərbi vəziyyətə görə dayandırılmış diplomatik fəaliyyətlərini bərpa edirlər.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
Məlumata əsasən, tərəflər diplomatiya və təhlükəsizlik məsələlərinə həsr olunmuş tədbirləri davam etdirmək qərarına gəliblər.
Bundan əvvəl Koreya Respublikasının xarici işlər naziri Ço The Yol ABŞ-ın dövlət katibi Antoni Blinken qısa zamanda şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.