...

Fransada şampanların istehsalı üçün üzüm yığan işçilər istismar edilir, maaşları verilmir - Onlar ac qalmamaq üçün oğurluq edirlər

Dünya xəbərləri Materials 23 Dekabr 2024 17:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada şampan şərabı istehsalı sahəsində çalışan işçilər az maaş almaqları ilə əlaqədar ac qalmamaq üçün küçələrdə yatmağa və yemək oğurlamağa məcbur olurlar.

Trend xəbər verir ki, bu barədə "The Gaurdian" qəzetinin araşdırmasında deyilir.

Araşdırmaya əsasən, Qərbi Afrika və Şərqi Avropadan olan işçilər, dünyanın ən bahalı şampan markalarından olan "Moët & Chandon" və "Mercier"in qərargahlarının yerləşdiyi Epenay şəhərində, gördükləri işə görə ya ümumiyyətlə maaş almadıqlarını, ya da qanunsuz şəkildə aşağı əməkhaqqı aldıqlarını iddia edirlər.

Məlum olub ki, şəhərdə işçilər küçələrdə və ya çadırlarda gecələyirlər, çünki üzüm bağları onlar üçün yaşayış yeri təmin etmir. Yaxınlıqdakı kəndlərdə qalan bəzi işçilər isə ərzaq ala biləcək yerləri olmadığı üçün yerli sakinlərdən yemək oğurlamağa məcbur qaldıqlarını bildiriblər.

Qeyd edilir ki, keçən il Şimali Fransanın üzüm bağlarından yığılan üzümlərdən düzələn dünya üzrə 300 milyon şüşə şampan şərabı ixrac olunub və bundan 6 milyard avro gəlir əldə edilib. Lakin şampan şərabı sahəsi, üzüm yığan işçilərə qarşı münasibət səbəbilə bir sıra qalmaqallarla üzləşib. Ötən ilin məhsul yığımı zamanı dörd işçinin günvurmadan öldüyü iddia olunur. Gələn ilin əvvəlində məhkəməyə çıxarılması planlaşdırılan bir iş üzrə dörd nəfər, o cümlədən bir üzüm bağı sahibi, insan alverində ittiham olunub.

Diqqətə çatdırılır ki, Epenay şəhərində dünyanın ən dəbdəbəli şampan markalarının möhtəşəm ofisləri yerləşir. Cəmi bir neçə dəqiqəlik məsafədə isə həmin şampan şərabının hazırlanması üçün üzümün yığılması ilə məşğul olan onlarla işçi, şəhərin əsas dəmir yolu stansiyasının qarşısında yerləşən kinoteatrın qapısında yatmağa hazırlaşır.

Afrika ölkələrindən olan başqa bir qrup isə üzüm yığmaqdan sonra kol-kos arasında gizlədilmiş əşyalarını götürür. Onlardan biri, Yunis, üç gündür üzüm bağlarında işlədiyini deyir, lakin bu gecə yatmağa yeri olmadığı üçün küçədə yatacağını bildirir.

Qeyd edilir ki, Yunis və digər işçilər kimi, avqust və sentyabr aylarında dünyanın ən bahalı üzüm sortlarından birini yığmaq üçün yaxşı maaş vədi ilə bu bölgəyə cəlb olunub.

Başqa bir işçi, Nora, deyir ki, bu il məhsul yığımında güclü yağışlardan sonra islanmış çadırda və döşəkdə yatmağa məcbur qalıb. Onun sözlərinə görə, işçilərə daha sürətli işləmək üçün təzyiq göstərilib. "Hər gecə düşünürdük ki, sabah işdən qovulacağıq, yoxsa yox". Noranın maaş cədvəli göstərir ki, o, Fransa qanunlarına əsasən minimal saatlıq maaşdan da az əməkhaqqı alıb və heç bir əlavə ödəniş edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti