...

Tibbi xidmət göstərilən qazilərin sayı açıqlandı

Cəmiyyət Materials 23 Dekabr 2024 11:44 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 11 ayı ərzində 10 min 284 qazimizin 87 min 757 müraciətinə uyğun olaraq 251 min 82 tibbi xidmət göstərilib.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, şəhidlərimizin ailə üzvlərindən 6 min 43 vətəndaşın 46 min 526 müraciətinə uyğun olaraq 161 min 901 tibbi xidmət göstərilib:

“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan Həkim Məsləhət Komissiyalarının yekun siyahısı hazırlanıb və həmin siyahıya əsasən göndəriş vermək hüququ saxlanılan TƏBİB tabeli tibb müəssisələrinin sayı 24-ə çatdırılıb.

2024-cü il ərzində əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibb müəssisələri tərəfindən 61 min 260 nəfərə göndəriş rəsmiləşdirilib və Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib”.

İcraçı direktor əlavə edib ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə TƏBİB arasında Xaçmaz, Qusar, Quba, Şabran və Siyəzən rayonlarının inzibati əraziləri üzrə ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların tibbi müayinəsinə dair pilot layihəyə başlanılıb.

Xəbər lenti

Xəbər lenti