Bakı. Trend:
Almaniya kansleri vəzifəsinə namizədlər arasında populyarlıq reytinqində "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Alice Weidel birinci yeri tutur.
Trend-in Bild qəzetinə istinadən verdiyi məlumata görə, bu nəticə INSA sosioloji institutunun apardığı sorğunun nəticələrinə əsaslanır.
Respondentlərin partiya seçimində isə CDU/CSU bloku 32% dəstək ilə liderlik mövqeyini qoruyur. AfD partiyası 20% ilə ikinci yerdədir. Onu 16% dəstəklə hakim Almaniya Sosial Demokrat Partiyası, 12% ilə Yaşıllar, 8% ilə Sara Vaqenknextin Ağıl və Ədalət Uğrunda İttifaqı və 5% ilə Azad Demokrat Partiyası izləyir.
Qeyd edək ki, Almaniyada erkən parlament seçkiləri 2025-ci il fevralın 23-nə təyin olunub.