...

Yəməndə husilər ABŞ təyyarədaşıyan qrupuna hücum ediblər

Dünya xəbərləri Materials 22 Dekabr 2024 21:54 (UTC +04:00)
Yəməndə husilər ABŞ təyyarədaşıyan qrupuna hücum ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatına bağlı husi üsyançıları dekabrın 21-də Qırmızı dənizdə ABŞ-nın "USS Harry S. Truman" təyyarədaşıyan qrupuna raketlər və dronlardan istifadə edərək hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı xəbər yayıb.

Husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariyanın sözlərinə görə, hücum nəticəsində ABŞ-a məxsus F/A-18 qırıcısı vurulub. O bildirib ki, "silahlı qüvvələr ölkəmizə qarşı aqressiv hücuma cavab olaraq "USS Harry S. Truman" təyyarədaşıyan gəmisini və onu müşayiət edən esminesləri hədəfə alıb".

Sarianın açıqlamasına əsasən, hücum zamanı səkkiz qanadlı raket və 17 pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Hadisənin nəticələri ilə bağlı əlavə məlumat hələlik paylaşılmayıb.

Xəbər lenti

Xəbər lenti