...

Norveç təhlükəsizlik tədbirlərini gücləndirib

Dünya xəbərləri Materials 22 Dekabr 2024 02:28 (UTC +04:00)

Bakı. Trend:

Norveç polisi Almaniyanın Maqdeburq şəhərindəki terror aktından sonra ölkə şəhərlərinin küçələrində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Milli Polis İdarəsinin nümayəndəsi Byorn Eirik Vannvik "NRK" telekanalına bildirib.

"Küçə patrulları gücləndirilib və potensial təhlükə olan insanların sıx olduğu yerlərdə polisin sayı artırılıb", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu, sırf ehtiyat tədbirləri ilə bağlıdır.

"[Ölkədə] vəziyyət dəyişməyib və heç nə onun dəyişəcəyini deməyə əsas vermir", - deyə polis nümayəndəsi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti