Bakı. Trend:
Braziliyanın şərqində avtobusun yük maşını və minik avtomobilinin toqquşması nəticəsində azı 22 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "G1" portalı yanğın xidmətinə istinadən xəbər verib.
Məlumata əsasən, avtobusun təkərinin partlaması sürücünün idarəetməni itirməsinə və yük qoşqusuna çırpılmasına səbəb olub. Bundan sonra avtobus onun arxasında olan minik avtomobilinə çırpılıb. Toqquşma nəticəsində avtobus yanıb.
Bildirilib ki, 13 nəfər xəstəxanaya çatdırılıb. Qəza nəticəsində yolun bir hissəsində nəqliyyatın hərəkəti tamamilə bağlanıb.