Astana. Trend:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni milli iqtisadiyyat naziri təyin edib.
Trend bu barədə Prezidentin rəsmi saytına (Akorda) istinadən xəbər verir.
“Dövlət başçısının fərmanına əsasən, Jumanqarin Serik Makaşeviç Qazaxıstan Respublikasının Baş nazirinin müavini – milli iqtisadiyyat naziri vəzifəsinə təyin olunub”, - Prezidentin rəsmi teleqram kanalında qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev milli iqtisadiyyat naziri və Baş nazirin müavini vəzifəsini icra edən Nurlan Baybazarovu vəzifəsindən azad etmişdi.