Bakı. Trend:
Boliviyanın qərbində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə ölkə prezidenti Luis Arse məlumat verib.
Prezident Arse Telegram kanalında yazıb: “La Paz-Oruro avtomobil yolunda baş verən və 13 nəfərin ölümü ilə nəticələnən qəza bizi dərindən kədərləndirdi. Boliviya xalqının kədərləndiyi bu faciəli hadisənin səbəblərini aydınlaşdırmaq üçün müvafiq araşdırma aparılmasına göstəriş vermişik.”
Yol polisinin məlumatına görə, qəza nəticəsində iki uşaq ölüb. Qəzadan sağ çıxan 3 nəfər El Altodakı xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, toqquşmanın səbəbləri hələ müəyyən edilməyib.