...

Cənubi Koreya və ABŞ xarici işlər rəhbərləri ikitərəfli münasibətləri müzakirə ediblər

Dünya xəbərləri Materials 21 Dekabr 2024 08:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın xarici işlər naziri Ço Txe Yol və ABŞ-ın dövlət katibi Antoni Blinken telefon danışığı zamanı ikitərəfli münasibətləri və "ölkələr daxilində mövcud vəziyyəti" müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ço Txe Yol Cənubi Koreya ilə ABŞ arasında mövcud hərbi ittifaqın, prezident səlahiyyətlərini icra edən baş nazir Han Dok Sunun rəhbərliyi altında davam etdirilməsi və inkişaf etdirilməsi təklifini irəli sürüb. Eyni zamanda, “yeni Amerika administrasiyası” dövründə Cənubi Koreya, ABŞ və Yaponiya arasında əməkdaşlığın daha da gücləndirilməsinə çağırış edib.

Antoni Blinken həmkarının fikirlərini dəstəkləyərək baş nazir Han Dok Sunu “bacarıqlı və etibarlı siyasətçi” adlandırıb və Cənubi Koreya demokratiyasının gücünü yüksək qiymətləndirib.

Hər iki diplomat ən qısa zamanda üz-üzə görüş keçirilməsi barədə razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti