...

Suriyanın yeni səlahiyyətliləri ABŞ heyətinə inkişaf proqramını təqdim etdi

Dünya xəbərləri Materials 21 Dekabr 2024 02:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi Əməliyyatlar Ali Komandanlığının təmsil etdiyi Suriyanın yeni hakimiyyət orqanları, Dəməşqə səfər edən Amerika nümayəndə heyətinə ölkədə başlayacaq inkişaf proqramını təqdim edib.

Trend xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Dekabrın 20-də Suriyanın paytaxtına ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti səfər edib. Nümayəndə heyətinə dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf və ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens daxil olub.

"Biz Amerika nümayəndə heyətinə yeni Suriyada başlayacaq inkişaf proqramını təqdim etdik", - Ali Komandanlıq bildirib.

“Biz ABŞ nümayəndə heyətinə Suriyanın regional sülhün əldə olunmasında və region ölkələri ilə strateji tərəfdaşlığın qurulmasında rolunun vacibliyini qeyd etdik”, - Suriyanın yeni hakimiyyət orqanları bildirib.

Xəbər lenti

Xəbər lenti