Bakı. Trend:
2024-cü ilin yanvar-noyabr aylarında İraq vətəndaşları Türkiyədə 1158 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 665 obyekt azdır.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin noyabr ayında İraq vətəndaşları Türkiyədə 147 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 57 obyekt çoxdur.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyədə 153 min 14 mənzil satın alınıb ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 63,6 faiz çoxdur.
Məlumata görə, 2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədə 1 milyon 256 min 388 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.
2024-cü ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 151 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,2 faiz azdır.
Bu ilin yanvar – noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 363 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.