Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstanın ixracatında ən çox pay sahibi olan üçüncü ölkədir.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, birinci yerdə 1 milyard 166,1 milyon dollarla Qırğızıstan, ikinci yerdə isə 795,4 milyon dollarla Qazaxıstan dayanır. Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsində ixracatın həcmi isə 664,4 milyon dollar təşkil edib.
İdxalata gəlincə, qeyd olunan dövrdə Gürcüstanın ən çox mal və məhsul idxal etdiyi ölkələr siyahısında ilk üçlükdə 2 milyard 500,9 milyon dollarla Türkiyə qərarlaşıb. 1 milyard 828,5 milyon dollar ilə ABŞ ikinci, 1 milyard 635,5 milyon dollar ilə isə Rusiya üçüncü yerdə qərarlaşıb.