Bakı. Trend:
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib.
Trend xəbər verir ki, bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Əli Vəliyev (piano) və Nərgiz Kəngərli (piano) dinləyicilər qarşısında çıxış edib.
Proqramda F.Chopin piano və orkestr üçün 1 saylı konsert e-moll (op.11), S.Raxmaninov piano və orkestr üçün 3 saylı konsert d-moll (op.30) səslənib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az