Bakı. Trend:
Rusiyada "Knyajaya" stansiyasında Murmansk-Sankt-Peterburq sərnişin qatarının relsdən çıxması nəticəsində xəsarət alan daha bir nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis deyib.
"Hazırda həkimlər bir neçə sərnişinin həyatı üçün mübarizə aparır. Bir sərnişin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, təəssüf ki, daha bir sərnişin bir neçə dəqiqə əvvəl xəstəxanada ölüb", - deyə A.Çibis bildirib.
Murmansk vilayətinin qubernatorunun müavini və səhiyyə naziri Dmitri Panıçev isə bildirib ki, yük və sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 27-yə çatıb.