Bakı. Trend:
Qızıl fyuçerslərinin qiyməti "Comex" birjasında (Nyu-York ticarət birjasının bölməsi) noyabrın 18-dən bəri ilk dəfə bir troya unsiyası üçün 2,6 min dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, qızılın qiyməti 2,27 fauz azalaraq 1 unsiya üçün 2599,6 dollar təşkil edib.