...

Avropa İttifaqı Qərbi Balkanların Aİ-yə üzvlük perspektivini təsdiqləyib

Dünya xəbərləri Materials 19 Dekabr 2024 01:24 (UTC +04:00)
Avropa İttifaqı Qərbi Balkanların Aİ-yə üzvlük perspektivini təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aİ-Qərbi Balkanlar sammitində qəbul edilən “Brüssel Bəyannaməsi”ndə Avropa İttifaqı region ölkələrinin Avropa perspektivini bir daha təsdiqlədi və onun maraqlarına cavab verdiyini bildirdi.

Trend-in məlumatına görə, bu barədə bəyannamədə qeyd olunub.

"Qərbi Balkanların gələcəyi bizim birliyimizdədir. Biz Qərbi Balkanların Avropa İttifaqına üzvlük perspektivinə tam və birmənalı öhdəliyimizi bir daha təsdiqləyirik", - deyə bildirilib.

Sənəddə həmçinin bildirilib ki, Aİ-nin daha da genişlənməsi dünyada geostrateji investisiyadır və üzvlük prosesinin sürətləndirilməsi ümumi maraqlara uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti