...

İran vətandaşları Türkiyədən mindən çox daşınmaz əmlak alıb

Dünya xəbərləri Materials 19 Dekabr 2024 09:49 (UTC +04:00)
İran vətandaşları Türkiyədən mindən çox daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr aylarında İran vətəndaşları Türkiyədə min 927 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 min 140 obyekt azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin noyabr ayında İran vətəndaşları Türkiyədə 200 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 34 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyədə 153 min 14 mənzil satın alınıb ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 63,6 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədə 1 milyon 256 min 388 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.

2024-cü ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 151 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,2 faiz azdır.

Bu ilin yanvar – noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 363 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti