...

“Kapital Bank”da bloklanmış əməliyyatların sayı açıqlanıb

Maliyyə Materials 19 Dekabr 2024 10:44 (UTC +04:00)
“Kapital Bank”da bloklanmış əməliyyatların sayı açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar-noyabr aylarında fırıldaqçılıq şübhələrinə görə 142 250 müştəriyə məxsus 194 347 əməliyyat və 3 753 kart hesabı bloklanıb.

Trend xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Cavid Mirzəyev bankın cari ilin yekunlarına və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Təhlillər göstərir ki, fırıldaqçılar insanları aldadaraq sosial şəbəkələrdə asan qazanc, endirimli məhsullar və ya digər "sərfəli təkliflər" adı altında videolar və reklam mətnləri yayırlar. Nəticədə müştərilər saxta keçidlərə daxil olaraq kart məlumatlarını daxil edir və ya üçüncü şəxslərə ötürürlər.

Biz fırıldaqçılıq məqsədi ilə yaradılan veb-saytlar və sosial şəbəkə hesabları ilə fəal mübarizə aparırıq. Cari ilin 11 ayında bu cür 105 saxta sayt və 1 000-ə yaxın sosial şəbəkə hesabının bloklanmasına nail olmuşuq. Müqayisə üçün qeyd edim ki, 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 90 sayt və 800-dən çox hesab təşkil edib.

Gələn il bu istiqamətdə fəaliyyətimizi davam etdirmək və genişləndirmək niyyətindəyik", – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti