Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 57 624,2 ton alüminium məmulatları istehsalı edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 976,6 ton (49,1%) çoxdur. Cari ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 2 954,3 ton təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 11 ayında Azərbaycanda 182 milyon 689 min ABŞ dolları dəyərində 67 712 ton alüminium və ondan hazırlanan məmulatlarixrac olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 2 milyon 669 min ABŞ dolları (1,5%) çox, həcm ifadəsində isə 945 ton (1,3%) azdır.
11 ayda ayda alüminium və ondan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0,75%-ni təşkil edib.
Eyni zamanda cari ilin ilk 11 ayında Azərbaycanda 158 milyon 563 min ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29 milyon 684 min ABŞ dolları (23,03%) çoxdur.
11 ayda alüminium və ondan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 0,84%-ni təşkil edib.